Nankorluqlarında xalq şikayət edir və RƏBB onları cəzalandırır. Lakin dərs kifayət etmədi. Qanunun onuncu əmri ilə qınanan tamahkarlıq «qarışıq izdihamın» (Misirdən İsraillə birlikdə çıxan müxtəlif xalqların toplusu Çıxış 12:38) ürəyində canlanır. Misirdə pulsuz yediyimiz şeylər haradadır? Kasıb insanlar kərpicləri, samanı və zülmkarın onlara verdiyi az şey üçün nə qədər baha qiymət ödətdiyini unudurlar. Bu Misir yeməkləri: pırasa, soğan, sarımsaq və s. əksər hallarda güclü dada malikdir, iştah açır, lakin qidalandırıcı deyil, bəzən həzm olunmazdır. Bu dünyanın insanları ağıllarını nə ilə qidalandırırlar? Jurnallar, romanlar, filmlər . . . bədənə cəlbedici, lakin ruha faydasız, tamamilə əksinə!
İsrail o anda bu qida maddələrini xatırlayır, çünki manna onlar üçün bal ilə hazırlanmış vafli dadını itirmişdir! (Çıxış 16:31). Bu, artıq yalnız yağla hazırlanmış bir tortdur (8-ci ayə), daha sonra «bu yüngül çörək» kimi təsvir ediləcəkdir (Çıxış 21:5). Əziz dostlar, əgər bu dünyanın ləzzətləri bizi cəlb edirsə, hər birimiz özümüzə sual verək: «Məgər bu, Kəlamın mənə dadsız gəlməsi ilə əlaqədar deyilmi?» Rəbb İsa vəd etmişdir: «Mənə gələn heç vaxt acmayacaq» (Yəhya 6:35).