Dünya böyük şeylərdən zövq alır. Şagirdlər bu ruhdan tamamilə azad deyillər. Onlar göylər səltənətində kimin ən böyük olduğunu bilmək istəyirlər. Lakin Rəbb cavab verir ki, əsas şey daxil olmaqdır və bunu etmək üçün kiçik olmaq lazımdır. Bu təlimi onların ruhuna möhkəm yerləşdirmək üçün O, kiçik bir uşağı çağırır və onu onların arasına qoyur. Bəlkə də ətrafımızda kiçik uşaqlar var. Onlar da bizə etibar və sadəlik nümunəsi olaraq qoyulmuşlar. Onların zəifliyinə, cəhalətinə və sadəliyinə görə onları xor görməməyə diqqət edək. Və daha da çox, onları büdrətməkdən çəkinək. Böyük qardaşın pis nümunəsi gənc xristianların addımları qarşısına qoyula biləcək ən pis tələdir. Rəbb İsa burada büdrəmək mövzusunda artıq dediklərini təkrarlayır (müq. vv. 8, 9; Matta 5:29-30).
Bu kiçikləri xor görməkdən uzaq, Allah onların zəifliyini xüsusi qayğı ilə qarşılayır. Mələklər onlara nəzarət etməklə vəzifələndirilmişlər. Və unutmayaq ki, Rəbb İsa onları xilas etmək üçün gəlmişdir (v. 11); əgər onlar məsuliyyət yaşına çatmadan ölərlərsə, Onun işinin faydası altına qoyulurlar. İtirilmiş qoyun məsəli bizə bu quzulardan birinin yaxşı Çobana nə qədər dəyərli olduğunu öyrədir.