21:1-dən 22:16-ya qədər Allah qüsursuz bir kahinliyin qorunması üçün tədbirlər görür, 17-33-cü ayələrdə isə qurbanların keyfiyyəti ilə maraqlanır. Nə qədər kədərlidir ki, O, israr etməyə məcburdur: «Mənə xəstə və ya qüsurlu heyvan təqdim etməyin». Bu təlimatlara baxmayaraq, peyğəmbər Malaki bizə deyir ki, insanlar belə qurbanlar gətirirdilər. Belə hərəkət etmək ikiqat günah idi: birincisi, RƏBBİ xor görmək demək idi. Heç kimin valiyə təqdim etməyə cəsarət etməyəcəyi (Malaki 1:8), bazar dəyəri olmayan şey Allah üçün kifayət qədər yaxşı hesab olunurdu. İkincisi, Məsihdən, mükəmməl Qurbandan bəhs edən bütün bu qurbanlar qüsursuz olmalı idi. Və biz, əziz xristian dostlar, vaxtımızın, enerjimizin, zəkamızın, pulumuzun nəyini Rəbb üçün ayırırıq? Ən yaxşısını, yoxsa sadəcə qalanı, başqa istifadəsi olmayan şeyi?
Günah üçün qurbanlardan fərqli olaraq, zəruri və məcburi olan, burada şükran qurbanları, könüllü təkliflər, yəni ixtiyari olanlar haqqında danışırıq. Allah bizdən heç nə tələb etmir; heç nə məcburi deyil. Lakin İsanın sevgisi ürəklərimizi nə qədər çox ələ keçirsə, biz də Ona qarşılığında nə təqdim etdiyimizə o qədər diqqətli olacağıq.