Rəbb İsa bu təntənəli bəyanatı adətən Dağdakı Təbliğ adlandırılan təbliğin sonuna yaxın etmişdir. Bu bəyanat yalnız iki variantın olduğunu nəzərdə tutur: ya O deyəni etmək, ya da etməmək. Əgər biz bunu etmiriksə, bu o deməkdir ki, biz Onu Rəbb kimi tanımırıq və itaətsizik.
Pavel təhlükəsizliyi üçün Bereyadan göndərildi. O, Afinaya getdi və orada adəti üzrə əvvəlcə sinaqoqa gedərək Müqəddəs Yazılardan danışdı. Paveldən onlara açıq şəkildə müraciət etməsi istəndi, çünki onlar onun Roma qanunlarına görə qadağan olunmuş yeni bir din gətirdiyini düşünürdülər.