Şərq adətinə görə, toy ziyafətinə gecə gələn bəyə gəlinin dostları olan qızlar (bu gün biz onlara gəlin yoldaşları deyərdik; müq. Zəbur 45:9, 54) yolunu işıqlandırır və müşayiət edirdilər. Rəbb bu təsirli illüstrasiyadan bizə səmavi Bəy olan Onu necə gözləməli olduğumuzu göstərmək üçün istifadə edir. Təəssüf ki! Xristianlar ümumiyyətlə bu gözləmə dövründən yorulmuşlar. Ruhani yuxu onları bürümüş və bir çox əsrlər boyu davam etmişdir. Kilsə tarixinin yaxın dövründə, çağırışın (nə qədər doğru adlandırılmışdır), gecə yarısı fəryadının səslənməsi lazım idi: «Bəy gəlir! . . .» Rəbb gəlir! Nəticədə bir fərq yaranır: ağıllı qızların çıraqlarında yağı var, eynilə həqiqi imanlılar Ustadın gəlişinə hazırdırlar və onların işığı – Müqəddəs Ruh – bu dünyanın qaranlıq gecəsində parlayır. Digərləri, ağılsız qızlar kimi, Rəbbi gözlədiklərini bəyan etmişlər, lakin Ondan həyat almamışlar. Onlar üçün xristianın gözəl adını daşımaq kədərli bir səhv idi – dəhşətli bir illüziya və o qədər də dəhşətli oyanış!
Oh! hər kəs hələ vaxt varkən özünə sual versin: «Çırağımda yağ varmı? Onun qayıdışına hazırammı?» (Romalılara 8:9 son).