Oğrunun duası dünən bizə təqdim edildi: «Ya Rəbb, məni xatırla» (Luka 23:42). 40:14-də Yusif, azad edilmək üzrə olan baş qulluqçudan xahiş edir: «Məni düşün». Bu fəslin 23-cü ayəsində oxumaq nə qədər kədərlidir: «Lakin baş qulluqçu Yusifi xatırlamadı, əksinə onu unutdu».
Və bizə gəlincə, Rəbb tərəfindən qurtarılmış, Onun böyük xilasının qazancında, biz tez-tez nankor olmurmuq, bizi xilas edəni unutmuruqmu? Hər şeyi İsaya borclu olduğumuz halda, Onu tanıma imtiyazına sahib olmayanlara Ondan danışmağı laqeyd edirik. Rəbb, ürəklərimizin nə qədər unutqan olduğunu bildiyi üçün, şagirdlərinə çörək və qədəh verərkən onlardan xahiş etdi: «Bunu məni xatırlamaq üçün edin» (Luka 22:19).
Fironun yuxusundan sonra baş qulluqçu Yusifi xatırlayır. «Bu gün günahlarımı xatırlayıram» (v. 9) demək ona çox baha başa gəlməli idi. Lakin o, Yusifdən harada və niyə onunla görüşdüyünü demədən danışa bilməzdi. Eynilə, Xilaskarımız İsa haqqında şəhadət verərkən, Onun bizi qurtuluşu tanımağa gətirdiyi zaman hansı bədbəxtlik və günah vəziyyətində olduğumuzu etiraf etməkdən qorxmayaq.