İsrail övladlarına uzaq şəhərlərlə sülh bağlamağa icazə verilmişdi. Əksinə, yaxınlıqdakı şəhərlərə, yəni xalqın torpağı ələ keçirməsinə mane olan şəhərlərə heç bir mərhəmət göstərilməməli idi. Xristianlar olaraq bizə gəlincə, yer üzündəki şeylər arasında fərq qoymalıyıq: qanuni şəkildə istifadə edə biləcəyimiz şeylər və göy mirasımızdan məhrum edəcəyi üçün qətiyyətlə rədd etməli olduğumuz şeylər. Onları ayırd etmək bizə düşür.
İsrailli meyvə ağaclarına hörmət etməli və onları müharibə üçün istifadə etməməli idi. Budur, ruhani mənası ola biləcək bir xəbərdarlıq! Bəzi xristianların kor və sektant bir şövq göstərdiyini, hər şeyi qınadığını və müharibə silahı kimi istifadə etdiyini görürük, halbuki Allah bəlkə də Öz övladlarını təzələmək və qidalandırmaq üçün vermişdir. Bu 19 və 20-ci ayələr bizi eyni zamanda israfçılıqdan qoruyur. İsanın Özünün verdiyi nümunəni düşünək. O, çörəkləri sonsuz sayda çoxalda bilən Yaradan idi və bunu sübut etmişdi, lakin bütün qalıqları səbətlərə yığmağa diqqət yetirirdi ki, «heç nə itməsin» (Yəhya 6:12).