Bir qanunşünas tərəfindən sual verildikdə, Rəbb İsa sualı qanunşünasın öz vicdanına qaytarır. O, «qonşu» sözünün mənasını məhdudlaşdıraraq çağırışdan qaçmağa çalışır. Rəbb İsa ona öyrədir ki, bu qonşu ilk növbədə İsanın Özüdür (36, 37-ci ayələr), və Onun sevgi nümunəsini izləyərək, xilas olan insan bütün bəşəriyyətə qonşu olur. Paltarı soyulmuş və yarıölü vəziyyətdə qoyulmuş bu yoxsul adam, itirilmiş və tamamilə köməksiz günahkarın bir təsviridir; kahin və Levili bizə dinin boş köməyindən danışır; lakin yaxşı Samiriyalı bizə ehtiyacımızda bizimlə görüşmək və bizi faciəvi və köməksiz vəziyyətdən qurtarmaq üçün əyilən Xilaskardan danışır. Mehmanxana bizə xilas edilmiş adamın ehtiyaclarına uyğun qayğı ala biləcəyi Camaatı xatırladır, və mehmanxanaçı Müqəddəs Ruhun Kəlam və dua (iki qəpik) ilə bu zəruri qayğını təmin etməsinin bir fiqurudur, 38-42-ci ayələrin və Luka 11:1-13-ün mövzuları. Nəticədə Rəbb «Bunu et (qanunu) və yaşayacaqsan» (28-ci ayə) demir, lakin «Get və sən də eynisini et» (37-ci ayə) deyir.
Növbəti səhnə dostluq bir evdə baş verir. Rəbb İsa orada qarşılanır, xidmət edilir, dinlənilir və sevilir. Lakin «çox xidmət etmək» Martanın düşüncələrini məşğul edir və o, danlanmalıdır. Məryəmin ürəyi Allahın Kəlamına açıqdır; Rəbbin ürəyini sevindirən budur (1 Samuel 15:22).