İndi Davudun vəziyyətində düzgün nizamın qorunmasının xoş təsirini görək. Düzgün nizamı harada tapacağınızı bilmək istəyirsinizsə, Çıxış 25:13–15-i oxuyun. Sandıq yalnız bu şəkildə daşınmalı idi. Allah bunu kifayət qədər aydın yazmışdı. Lakin Davud Müqəddəs Kitabını diqqətsiz oxumuşdu. Davudun yeni arabası istifadəyə veriləndə, büdrəmə, ölüm, narazılıq və məyusluq müşahidə edildi; sevinc, şadlıq və ibadət isə yox idi. Düzgün nizam müşahidə edildikdə bütün bunlar əksinə çevrilir: «ucadan sevinclə səslər yüksəldi» (ayə 16) eşidildi.
Yalnız kahinlər trubaları çala bilərdilər. Camaatı bir yerə yığan siqnalı vermək üçün bir kahin lazımdır (Saylar 10). Bəs qapıçılar kimlər idi? Onlar sandığa mümkün qədər böyük qayğı göstərirdilər. Və əlbəttə ki, ibadət üçün toplanan camaatın nizamı, müjdənin şahidliyi, Allahın Kəlamının xidməti və bu gün Onun camaatına qəbul ilə əlaqədar olaraq, burada qapıçıların ruhuna sahib olmaq böyük əhəmiyyət kəsb edir. Biz Məsihə və Onun maraqlarına aid hər şeyə çox diqqətli olmalıyıq.
Bu, itaətin əmin nəticəsidir. «Allah Rəbbin əhd sandığını daşıyan Levlilərə kömək etdi» (1 Salnamələr 15:26). Allahın Levlilərə necə diqqət yetirdiyini müşahidə edin, işlər Onun istəyinə uyğun olduqda – onlara kömək edilir və sonra qurbanlarda ibadətin Allaha doğru axdığını görürsünüz. Əgər siz və mən Rəbbin Kəlamına həqiqətən itaət etməyə qərar versək, nəyin bahasına olursa olsun, biz də Allahın bizə kömək edəcəyini, ruhlarımızda sevinc və ibadət olacağını və Allaha doğru bəhrəli xidmət edəcəyimizi görəcəyik.