«Amma sən . . .!» Allah adamı və Allahın hər bir övladı bu dünyanın axınına qarşı daim üzməlidir. O, dünyanın sevdiyi və axtardığı şeylərdən qaçır: pul və pulun əldə etdiyi şeylər (10-cu ayə). O, Rəbbi məmnun edən şeyləri təqib edir: salehlik, dindarlıq, iman, sevgi, səbir, mülayimlik (1-ci ayə). O, Onun zühurunu, hər şeyin aşkar olunacağı zamanı gözləyir (14-cü ayə).
Həvari varlıları (17-ci ayə) varlı olmaq istəyənlərlə (9-cu ayə) qarışdırmır. Lakin o, «bu dünyanın» mallarına əbədiyyətin işığını salır. Etibarımızın obyekti hədiyyələr deyil, Verəndir (17-ci ayənin sonu); əsl qazanc dindarlıqdır; əsl sərvət, yaxşı əməllərdir (18-ci ayə); əsl xəzinə, gələcək üçün yaxşı bir təməldir (19-cu ayə). Qoy biz «həqiqətən həyat nədir» (19-cu ayə JND tərc.) anlayaq və onu əldə edək.
Qaçın . . ., təqib edin . . ., döyüşün . . ., əldə edin . . . oxuduğumuz zaman tapdığımız sözlərdir (11, 12-ci ayələr). 20-ci ayədə son əmr xüsusilə təntənəlidir: «Ey Timotey, sənə əmanət edilmişi qoru» (bax həmçinin 14-cü ayə; 2 Timoteyə 1:14). Bu, son nəsihətdir ki, burada hər bir oxucumuzu Timoteyin yerinə öz adını yazmağa dəvət edirik.
