2-5-ci ayələrdəki qaranlıq əxlaqi mənzərə Romalılara 1:28-32-dəki mənzərəyə bənzəyir, lakin bu fərqlə ki, burada bütpərəstləri deyil, özlərini xristian adlandıran insanları təsvir edir! Və vəziyyəti daha da pisləşdirən odur ki: dindarlıq forması, riyakarlıq, bu iyrənc xüsusiyyətləri aldadıcı bir örtüklə gizlədir. «Amma sən . . .» həvari yenidən sözünü kəsir (10, 14-cü ayələr; 2 Timoteyə 4:5). Bir tərəfdə biz bu əxlaqsız insanları görürük ki, onlar «həmişə öyrənirlər, lakin heç vaxt həqiqətin biliyinə çata bilmirlər . . .» (7-ci ayə). Digər tərəfdə isə, biz bu gənc Allah xidmətçisini görürük ki, uşaqlıqdan dindar ana və nənənin təsiri altında «müqəddəs Yazılar» üzərində böyüyüb (2 Timoteyə 1:5). Uşaqlıqdan Allahın Kəlamını həvəslə oxuyanlar xoşbəxtdirlər! Onlara və hamımıza bu nəsihət ünvanlanıb: «Öyrəndiyin şeylərdə davam et» (14-cü ayə).
16-cı ayə bütün Müqəddəs Yazıların tam ilhamını, həmçinin onların öyrətmək, tənbeh etmək, düzəltmək və salehlikdə təlimat vermək səlahiyyətini müəyyən edir. Allahın Kəlamı Allah adamını qidalandırır və formalaşdırır. Timotey gənc olmasına baxmayaraq belə bir insan idi (17-ci ayə; 1 Timoteyə 6:11). Allah adamı titulu hətta əsgər, işçi və ya Rəbbin qulu titullarından da böyükdür (2 Timoteyə 2:3; 2 Timoteyə 2:15; 2 Timoteyə 2:24). Allah bizə burada necə belə bir insan olacağımızı göstərir. Qoy O, bizə də belə bir insan olmaq arzusunu versin!
