Zəkəriyyənin əhatəsi və mövqeyi
Zəkəriyyə digər iki əsirlikdən sonrakı peyğəmbərlərdən daha çox yəhudilərin boyunduruğu altında olan Qeyri-yəhudi krallıqları ilə və Məsihin varlığını müşayiət edəcək şanlı sistemin mükəmməl şəkildə qurulması ilə məşğul olur; digər tərəfdən isə əsirlikdən qayıtmış qalıq tərəfindən Məsihin rədd edilməsi ilə; xalqın tərk ediləcəyi səfalət və imansızlıq vəziyyəti ilə, və nəhayət, Yehovanın düşmənlərinin İsrailə, xüsusilə də Yerusəlimə qarşı son hücumları ilə məşğul olur. O, bu düşmənlərin Allahın hökmü ilə məhv ediləcəyini və Yehovanın qolu ilə xilas edildikdən sonra xalqın şöhrətini və müqəddəsliyini elan edir, bundan sonra Yehova bütün dünyada hökmranlıq edəcək və şərəfləndiriləcəkdir. Bu, İsrailin və İsraillə əlaqəli Qeyri-yəhudilərin əsirlikdən sona qədər, Yerusəlimlə əlaqəli tam tarixidir, peyğəmbər xüsusilə onun bərpası ilə məşğul olur. Əgər Həqqayda əsas obyekt ev idisə, Zəkəriyyədə mərkəzi nöqtə Yerusəlimdir; baxmayaraq ki, peyğəmbərliyin gedişində məbəd, və daha çox Məsih səhnədə ən önəmli yeri tutur.
Əsirlikdən sonrakı peyğəmbərlərin tarixləri
Zəkəriyyənin peyğəmbərliyinin tarixi Həqqayın peyğəmbərliklərinin tarixi ilə demək olar ki, eynidir. Zəkəriyyədə girişdən başqa iki, Həqqayda isə dörd tarix var. Zəkəriyyədəki ilk tarix Həqqaydakı son iki tarixdən yalnız bir-iki ay əvvəl idi, hansılar ki, eyni gündə verilmişdi. Zəkəriyyədəki ikinci peyğəmbərliyin (Zəkəriyyə 7) tarixində məbəd bütövlükdə bitməmişdi, lakin ibadət yeri kimi xidmət etmək üçün kifayət qədər hazır idi, baxmayaraq ki, təqdisetmə hələ qeyd olunmamışdı.
