Yunusun Ninevadan keçərkən etdiyi «fəryad», düzgün desək, onun kitabında tapa biləcəyimiz yeganə peyğəmbərlikdir. Lakin o, yerinə yetirilmir, çünki onun təbliğinə görə, pis şəhərin sakinləri, kralın rəhbərliyi ilə, Allahdan qorxur, Onun Kəlamına inanır və tövbə edirlər. Bu cavab, öz növbəsində, göyə çatır (10-cu ayə; Yunus 1:2). Allah bağışlayır (bax Yeremya 18:7-8). Nineva adamları Rəbb İsa tərəfindən Öz dövrünün yəhudilərinə nümunə olaraq göstərilir, o zaman ki, onların arasında sonsuz dərəcədə «Yunisdən daha böyük» biri var idi (Matta 12:40-41). Həqiqətən də, yəhudilər bütpərəst Ninevalılardan nə qədər daha məsuliyyətli idilər. Allahın Oğlu orada Özü idi; mühakimə etmək üçün deyil, dünyanı xilas etmək üçün gəlmişdi (Yəhya 12:47).
Əbədi lənətdən qaçmağın yeganə yolu özünü günahkar kimi tanımaq və Rəbb İsanı Xilaskar kimi qəbul etməkdir. Hökm xəbərdarlığı İncilin bir hissəsidir: «İnsanlara bir dəfə ölmək, bundan sonra isə hökm olunmaq təyin edilmişdir,» deyə Müqəddəs Yazı xəbərdar edir (İbranilərə 9:27). Bu «bir dəfə» sənin üçün, çevrilməmiş oxucu, bir anda baş verə bilər. Hətta 40 günlük xəbərdarlıqdan belə faydalanacağını necə bilə bilərsən? (Luka 12:20)? «Buna görə də siz də hazır olun,» deyə Rəbb İsa yenə deyir (Matta 24:44). Bəli, indi qurtuluş günüdür.
