Pavelin xidməti vasitəsilə Korinfdə böyük bir yığıncaq yaranmışdı (Həvarilərin işləri 18:10). Və o, nə qədər sadiq bir çoban idisə, bir o qədər də qızğın bir müjdəçi idi, narahatlıqla ona nəzarət etməyə davam edir (müq. 2 Korinflilərə 11:28). O, bu ilk məktubu Efesdən yazır, həm də «hər yerdə Rəbbimiz İsa Məsihin adını çağıran hər kəsə» (2-ci ayə) müraciət edir. Deməli, əgər siz də Onun adını çağıranlardansınızsa, bu məktub sizə də yazılmışdır.
Pavel Korinfdən narahatedici xəbərlər almışdı. Həmin yığıncaqda müxtəlif pozğunluqlar yaranmışdı. Lakin bu ağrılı mövzulara toxunmazdan əvvəl, o, bu iman edənlərə ruhani sərvətlərini xatırladır, bunları Allahın lütfündən gələn kimi qəbul edir (4, 5-ci ayələr). Məsuliyyətimizi ölçmək və xristian həyatımıza daha ciddi yanaşmaq üçün, vaxtaşırı qiymətsiz imtiyazlarımızı nəzərdən keçirək. Və həvarinin burada etdiyi kimi Rəbbə şükür edək.
Korinf yığıncağına ünvanlanan ilk tənqid onların mübahisələri ilə bağlı idi. Onlar «Rəbbimiz İsa Məsih», Allahın Oğlu ilə ünsiyyətdə birləşmək əvəzinə, insanı (Pavel, Apollos, Kifas və digərlərindən daha üstün bir müəllim kimi Məsih: Yəhya 3:2) izləyirdilər. Qoy bu, həmişə bizim payımız olsun! (1 Yəhya 1:3).