6 apr 2023
Gündəlik İşıq, 7 aprel: Bütün müqəddəslərdən ən dəyərsiziyəm
Gündəlik İşıq
Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
2 Kori̇nfli̇lərə 6:10
Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik.
Romalilara 5:2–3
Nə cür əziyyət çəksək belə, təsəllim bol, sevincim hədsizdir.
2 Kori̇nfli̇lərə 7:4
Lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 Peter 1:8
Onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı.
2 Kori̇nfli̇lərə 8:2
Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim.
Efesli̇lərə 3:8–9
Dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:5
Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun.
2 Kori̇nfli̇lərə 9:8
Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar.
Zəbur 41:3
Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.
Yeşaya 63:9
Sevdiyin adam xəstədir deyə İsaya xəbər göndərdi.
Yəhya 11:3
Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur.
2 Kori̇nfli̇lərə 12:9
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
Fi̇li̇pi̇li̇lərə 4:13
Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.
2 Kori̇nfli̇lərə 4:16
Axı biz Onda yaşayırıq, hərəkət edirik.
Həvari̇ləri̇n İşləri̇ 17:28
O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar.
Yeşaya 40:29–31
Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər.
Qanunun Təkrari 33:27
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 apr 2023
Yaradiliş 32:26 · Yeşaya 27:5
4 apr 2023
Vəhy 1:17 · İbrani̇lərə 12:18
3 apr 2023
2 Peter 3:8–9 · Yeşaya 55:8–11
2 apr 2023
1 Yəhya 5:21 · 2 Kori̇nfli̇lərə 6:17–18
1 apr 2023
Qalati̇yalilara 5:22 · Romalilara 14:17
31 mar 2023
Fi̇li̇pi̇li̇lərə 4:19 · Matta 6:33
