9 apr 2023
Gündəlik İşıq, 10 aprel: Axı mən günahkar bir adamam
Gündəlik İşıq
Ey Yerusəlimdəki qızlar.
Nəğmələr Nəğməsi̇ 1:5
Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Zəbur 51:5
Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
Yezekel 16:14
Axı mən günahkar bir adamam.
Luka 5:8
Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır.
Nəğmələr Nəğməsi̇ 4:1
Ona görə özümdən zəhləm gedir, Torpağın, külün içində tövbə edirəm.
Əyyub 42:6
Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
Nəğmələr Nəğməsi̇ 4:7
Yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır.
Romalilara 7:21
Cəsarətli ol, oğlum, günahların bağışlandı.
Matta 9:2
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır.
Romalilara 7:18
Siz də Onda tamamlanmısınız.
Kolosseli̇lərə 2:10
Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik.
Kolosseli̇lərə 1:28
Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.
1 Kori̇nfli̇lərə 6:11
Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
1 Peter 2:9
Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq.
2 Ti̇moteyə 3:12
Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. “İnsanın düşməni öz ev əhli olacaq”.
Matta 10:35–36
Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.
Yaqub 4:4
Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.
1 Yəhya 2:15–16
Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir ... Qul ağasından üstün deyil.
Yəhya 15:18–20
Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
Yəhya 17:14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 apr 2023
1 Kori̇nfli̇lərə 1:5 · Romalilara 5:6
7 apr 2023
2 Kori̇nfli̇lərə 6:10 · Romalilara 5:2–3
6 apr 2023
İbrani̇lərə 7:25 · Romalilara 8:34
5 apr 2023
Yaradiliş 32:26 · Yeşaya 27:5
4 apr 2023
Vəhy 1:17 · İbrani̇lərə 12:18
3 apr 2023
2 Peter 3:8–9 · Yeşaya 55:8–11
