10 apr 2023
Gündəlik İşıq, 11 aprel: Çox sözlərlə günahı azaltmaq olmaz
Gündəlik İşıq
Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
Süleymanin Məsəlləri̇ 10:19
Ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.
Yaqub 1:19
İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.
Süleymanin Məsəlləri̇ 16:32
Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır.
Yaqub 3:2
Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan.
Matta 12:37
Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
Zəbur 141:3
Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:21, 23
Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
İbrani̇lərə 12:3
Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.
Vəhy 14:5
Ya Rəbb, yolunu mənə öyrət.
Zəbur 27:11
Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
Zəbur 32:8
Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir, İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
Zəbur 25:8–9
Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar.
Yəhya 10:9
İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 14:6
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. Ona görə ürəklərimiz pis vicdandan paklanmış.
İbrani̇lərə 10:19–22
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.
Huşə 6:3
Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Zəbur 25:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 apr 2023
Yeşaya 43:1 · Yeşaya 54:4–5
8 apr 2023
1 Kori̇nfli̇lərə 1:5 · Romalilara 5:6
7 apr 2023
2 Kori̇nfli̇lərə 6:10 · Romalilara 5:2–3
6 apr 2023
İbrani̇lərə 7:25 · Romalilara 8:34
5 apr 2023
Yaradiliş 32:26 · Yeşaya 27:5
4 apr 2023
Vəhy 1:17 · İbrani̇lərə 12:18
