11 apr 2023
Gündəlik İşıq, 12 aprel: Qadından doğulan necə təmiz ola bilər?
Gündəlik İşıq
Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki.
Romalilara 8:3
Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı.
İbrani̇lərə 10:1–2
Iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
Həvari̇ləri̇n İşləri̇ 13:39
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər. Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi.
İbrani̇lərə 2:14–17
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub.
Romalilara 3:23
Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. ... Bir nəfər də olsun Yaxşı iş görən yoxdur.
Romalilara 3:10, 12
Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
Vai̇z 7:20
Qadından doğulan necə təmiz ola bilər?
Əyyub 25:4
Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.
İbrani̇lərə 4:1
Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Zəbur 51:3, 5
Rəbb sənin günahını sildi, ölməyəcəksən.
İki̇nci̇ Şamuel 12:13
Saleh saydığı adamları da izzətləndirdi.
Romalilara 8:30
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız.
Kolosseli̇lərə 1:23
Ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
1 Saloni̇kli̇lərə 2:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 apr 2023
Nəğmələr Nəğməsi̇ 1:5 · Zəbur 51:5
9 apr 2023
Yeşaya 43:1 · Yeşaya 54:4–5
8 apr 2023
1 Kori̇nfli̇lərə 1:5 · Romalilara 5:6
7 apr 2023
2 Kori̇nfli̇lərə 6:10 · Romalilara 5:2–3
6 apr 2023
İbrani̇lərə 7:25 · Romalilara 8:34
5 apr 2023
Yaradiliş 32:26 · Yeşaya 27:5
