Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 YƏHYA 3:2
Gündəlik İşıq

Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 YƏHYA 3:2
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
YƏHYA 1:12
Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.
2 PETER 1:4
Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
YEŞAYA 64:4
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
1 KORİNFLİLƏRƏ 13:12
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
FİLİPİLİLƏRƏ 3:20-21
Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
ZƏBUR 17:15
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
24 iyn 2023
Numbers 10:33
23 iyn 2023
John 14:16-17
22 iyn 2023
Colossians 3:3
21 iyn 2023
1 Peter 2:21
20 iyn 2023
Exodus 2:9
19 iyn 2023
Hebrews 12:14
18 iyn 2023
Exodus 25:21-22

Xristologiya
Əbədi Kəlam, insanların Nuru və Allahın lütfünün təcəssümü kimi Məsihi açıqlayan Yəhya 1-i araşdırın.
Şagirdlik
İnsan Oğlu xidmət olunmağa deyil, xidmət etməyə və canını çoxları üçün fidyə verməyə gəldi. O məni o qədər…
Yeni İmanlılar
Yeni iman edənlər, xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, iman paylaşımı, dua, Müqəddəs…
Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…

Xristologiya
Əbədi Kəlam, insanların Nuru və Allahın lütfünün təcəssümü kimi Məsihi açıqlayan Yəhya 1-i araşdırın.
Qətl
1 Yəhya 3:15-in niyə heç bir qatilin əbədi həyatı olmadığını söylədiyini araşdırın, baxmayaraq ki, Davud və…

Şagirdlik
İnsan Oğlu xidmət olunmağa deyil, xidmət etməyə və canını çoxları üçün fidyə verməyə gəldi. O məni o qədər…

Yeni İmanlılar
Yeni iman edənlər, xristian həyatınız üçün əsas bələdçilik tapın. Əbədi həyat, iman paylaşımı, dua, Müqəddəs…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…