10 sen 2023
Gündəlik İşıq, 11 sentyabr: Bu dövrə uyğunlaşmayın, əksinə
Gündəlik İşıq
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Romalilara 12:2
Şər iş görən izdihama qoşulmayın.
Çixiş 23:2
Dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.
Yaqub 4:4
Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi?
2 Kori̇nfli̇lərə 6:14–16
Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:15, 17
Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.
Efesli̇lərə 2:2
Sizsə Məsihi elə öyrənməmisiniz. Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.
Efesli̇lərə 4:20–21
İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər.
Zəbur 104:23
Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən.
Yaradiliş 3:19
Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.
2 Saloni̇kli̇lərə 3:10
Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun.
1 Saloni̇kli̇lərə 4:11
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
Vai̇z 9:10
Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
Yəhya 9:4
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
Qalati̇yalilara 6:9
Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
1 Kori̇nfli̇lərə 15:58
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İbrani̇lərə 4:9
“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.
Matta 20:12
O sizin hamınıza dedi: «Rahatlıq budur, Yorğunlara dinclik verin, budur istirahət».
Yeşaya 28:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax9 sen 2023
Luka 1:53 · Vəhy 3:17–19
8 sen 2023
Dani̇el 5:27 · Bi̇ri̇nci̇ Şamuel 2:3
7 sen 2023
Romalilara 12:12 · Kolosseli̇lərə 1:5
6 sen 2023
Mərsi̇yələr 3:41 · Zəbur 113:5–6
5 sen 2023
1 Kori̇nfli̇lərə 12:12 · Kolosseli̇lərə 1:18
4 sen 2023
Rut 3:18 · Yeşaya 7:4
