9 sen 2023
Gündəlik İşıq, 10 sentyabr: Onlara eyni ürək (Yeremya 32:39)
Gündəlik İşıq
Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər.
Yeremya 32:39
Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam.
Yezekel 36:26
Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir, İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir. Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Zəbur 25:8–10
Hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
Yəhya 17:21
Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itaətkar və həlim ... Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Efesli̇lərə 4:1–6
Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar.
Yeşaya 40:31
Çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:10
Rəbb indi belə deyir.
Yeşaya 49:5
Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.
2 Kori̇nfli̇lərə 12:9
Yaxud qoy Mənə pənah gətirsinlər.
Yeşaya 27:5
Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun.
Zəbur 55:22
İsrailin Daşı və Çobanı olan Allahın sayəsində.
Yaradiliş 49:24
Mənə xeyir-dua verməsən, Səni buraxmaram.
Yaradiliş 32:26
Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm.
Bi̇ri̇nci̇ Şamuel 17:45
Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş. Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
Zəbur 35:1–2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 sen 2023
Dani̇el 5:27 · Bi̇ri̇nci̇ Şamuel 2:3
7 sen 2023
Romalilara 12:12 · Kolosseli̇lərə 1:5
6 sen 2023
Mərsi̇yələr 3:41 · Zəbur 113:5–6
5 sen 2023
1 Kori̇nfli̇lərə 12:12 · Kolosseli̇lərə 1:18
4 sen 2023
Rut 3:18 · Yeşaya 7:4
3 sen 2023
Çixiş 13:7 · Süleymanin Məsəlləri̇ 8:13
