Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın.
LEVİLİLƏR 16:22
Gündəlik İşıq

Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın.
LEVİLİLƏR 16:22
Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
ZƏBUR 103:12
O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir.
YEREMYA 50:20
Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
MİKEYA 7:19
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.
MİKEYA 7:18
Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
YEŞAYA 53:6
O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı.
YEŞAYA 53:11-12
Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
YƏHYA 1:29
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
1 okt 2023
Galatians 5:22-23
30 sen 2023
Job 23:10
29 sen 2023
1 John 3:16
28 sen 2023
Numbers 6:27
27 sen 2023
1 Peter 5:6
26 sen 2023
Deuteronomy 32:4
25 sen 2023
James 1:4

Qurtuluş
İsanın doğulmasının dərin məqsədini kəşf edin: günah, ölüm və cəhənnəmlə mübarizə aparmaq. O, xaç üzərində…
Qurtuluş
Qurtuluşun sadə ABC-lərini kəşf edin. Günah haqqında həqiqəti qəbul etməyi, İsa Məsihə inanmağı və əbədi…
Kəffarə
Bir yəhudi adam ənənəvi yəhudilikdən İsa Məsihin qanı vasitəsilə əsl kəffarə tapmağa qədər olan səyahətini…
Təkliflər
Saylar 28-29-dakı qurbanları, gündəlikdən bayramlara xas qurbanlara qədər araşdırın. Onların Məsih və Kilsə…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…
İsa Məsih
İsa Məsihin həyatını, erkən illərindən və ilahi təsdiqindən tutmuş xidmətinə, çarmıxda qurbanına və şanlı…