8 dek 2023
Gündəlik İşıq, 9 dekabr: Bu da onun əlindən alınmayacaq
Gündəlik İşıq
Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
Süleymanin Məsəlləri̇ 21:3
Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
Mi̇keya 6:8
Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.
Bi̇ri̇nci̇ Şamuel 15:22
Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir.
Mark 12:33
Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
Huşə 12:6
O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq.
Luka 10:39, 42
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:13
Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla.
Vai̇z 12:7
Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
Yaradiliş 2:7
Həqiqətən, insanda olan ruh, Külli-İxtiyarın nəfəsi insana ağıl verir.
Əyyub 32:8
Ilk insan Adəm «canlı bir varlıq oldu».
1 Kori̇nfli̇lərə 15:45
Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır.
Vai̇z 3:21
Həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
2 Kori̇nfli̇lərə 5:6, 8
Çünki bu lap yaxşıdır.
Fi̇li̇pi̇li̇lərə 1:23
Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq.
1 Saloni̇kli̇lərə 4:13–14
Sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:2–3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax7 dek 2023
2 Kori̇nfli̇lərə 5:21 · Yeşaya 53:6
6 dek 2023
Fi̇li̇pi̇li̇lərə 2:13 · 2 Kori̇nfli̇lərə 3:5
5 dek 2023
Zəbur 119:71 · İbrani̇lərə 5:8
4 dek 2023
Əyyub 28:12 · Yaqub 1:5–6
3 dek 2023
Əyyub 5:8 · Yaradiliş 18:14
2 dek 2023
1 Yəhya 2:20 · Həvari̇ləri̇n İşləri̇ 10:38
