Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
ZƏBUR 16:7
Gündəlik İşıq

Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
ZƏBUR 16:7
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
YEŞAYA 9:6
Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
SÜLEYMANIN MƏSƏLLƏRİ 8:14
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
ZƏBUR 119:105
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:5-6
Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
YEREMYA 10:23
Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.
YEŞAYA 30:21
Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
SÜLEYMANIN MƏSƏLLƏRİ 16:3
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
ƏYYUB 23:10
Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
SÜLEYMANIN MƏSƏLLƏRİ 20:24
Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
ZƏBUR 73:24
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
ZƏBUR 48:14
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 may 2024
Revelation 21:4
14 may 2024
Philippians 3:10
13 may 2024
1 Timothy 2:8
12 may 2024
1 John 4:7
11 may 2024
1 Corinthians 15:34
10 may 2024
1 John 3:8
9 may 2024
Hebrews 11:1

Evlilik
Nişanlanma və evlilik öncəsi məsləhətlər üzrə Müqəddəs Kitab rəhbərliyi ilə Allaha hörmət edən bir xristian…
Qərar Qəbuletmə
Düzgün seçimlər etmək üçün Allahın hikməti lazımdır. Yeşuanın nümunəsindən öyrənin və qətiyyətli hərəkət üçün…
İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…
İstirahət
İsa yorğunları günahın yükündən rahatlıq tapmağa dəvət edir. Onun asan boyunduruğunu götürün, ondan öyrənin…
Evlilik
Sevgi, sevinc və sülh kimi Ruhun doqquzqat meyvəsinin evliliyinizi necə gücləndirə biləcəyini araşdırın.
Dünya dinləri
Karma ilə Allahın İsa Məsih vasitəsilə lütfü (krupa) arasındakı fərqi araşdırın. Məsihin karma zəncirlərini…