16 may 2024
Gündəlik İşıq, 17 may: Allahınız Rəbb Mənəm (Yezekel 20:19)
Gündəlik İşıq
Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə rəftar edin, hökmlərimə riayət edin və onlara əməl edin.
Yezekel 20:19
Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun.
1 Peter 1:15
Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir. Əgər Onun saleh olduğunu bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub.
1 Yəhya 2:6, 29
Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir.
1 Kori̇nfli̇lərə 7:19
Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.
Yaqub 2:10
Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət.
Zəbur 119:33
Qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:12–13
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz.
İbrani̇lərə 13:20–21
Xalqın içindən onu seçib yüksəltdim.
Zəbur 89:19
Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər. Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi.
İbrani̇lərə 2:16–17
Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi.
Yezekel 1:26
Yalnız göydən enmiş Bəşər Oğlu orada olub.
Yəhya 3:13
Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur.
Luka 24:39
Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün.
Fi̇li̇pi̇li̇lərə 2:7–10
Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm.
Vəhy 3:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 may 2024
Vəhy 21:4 · Yeşaya 25:8
14 may 2024
Fi̇li̇pi̇li̇lərə 3:10 · Matta 10:25
13 may 2024
1 Ti̇moteyə 2:8 · Yəhya 4:23–24
12 may 2024
1 Yəhya 4:7 · Romalilara 5:5
11 may 2024
1 Kori̇nfli̇lərə 15:34 · 1 Saloni̇kli̇lərə 5:5–6
10 may 2024
1 Yəhya 3:8 · Efesli̇lərə 6:12
