Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
YEŞAYA 46:4
Gündəlik İşıq

Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
YEŞAYA 46:4
İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək.
YEŞAYA 43:1-2
Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə Səni sevdiyim üçün, Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm.
YEŞAYA 43:4
Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
QANUNUN TƏKRARI 32:11-12
Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.
YEŞAYA 63:9
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İBRANİLƏRƏ 13:8
Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
ROMALILARA 8:38-39
Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
YEŞAYA 49:15
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
22 avq 2024
Romans 14:7-8
21 avq 2024
Psalms 119:57
20 avq 2024
Numbers 23:19
19 avq 2024
1 Peter 1:15
18 avq 2024
Deuteronomy 3:24
17 avq 2024
James 5:16
16 avq 2024
1 Chronicles 22:5

Qurtuluş
Həyat və ölümə, ölüm qorxusuna və İsa Məsihə iman vasitəsilə əbədi həyatda tapılan sülhə dair Müqəddəs Kitab…
Evlilik
Nişanlanma və evlilik öncəsi məsləhətlər üzrə Müqəddəs Kitab rəhbərliyi ilə Allaha hörmət edən bir xristian…
Şükranlıq
Bir çox insan şükür etmir, çünki Allahı lazım olduğu kimi tanımırlar. Allah əsas Mənbədir. O, həyatın…
Qurtuluş
İsa Məsihin könüllü olaraq çarmıxda ölməsinin dərin səbəblərini kəşf edin. Onun qurbanının günahlarınızın…

Qurtuluş
Həyat və ölümə, ölüm qorxusuna və İsa Məsihə iman vasitəsilə əbədi həyatda tapılan sülhə dair Müqəddəs Kitab…

Evlilik
Nişanlanma və evlilik öncəsi məsləhətlər üzrə Müqəddəs Kitab rəhbərliyi ilə Allaha hörmət edən bir xristian…

Şükranlıq
Bir çox insan şükür etmir, çünki Allahı lazım olduğu kimi tanımırlar. Allah əsas Mənbədir. O, həyatın…
Qurtuluş
Heç kəs öz gücünə cənnət üçün kifayət qədər yaxşı deyil. İsa Məsihin qurbanının bizi günahdan necə…
Qurtuluş
Yaxşı əməllər sizə cənnətdə yer qazandıra bilməz. İsa Məsihin günahlarınız üçün qurbanına güvənməyin Allahın…