23 avq 2024
Gündəlik İşıq, 24 avqust: Mən gələnədək bunlarla ticarət et
Gündəlik İşıq
Nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım.
Çixiş 3:7
O, dərdli, xəstəlikləri görən insan idi.
Yeşaya 53:3
Zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə.
İbrani̇lərə 4:15
Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü.
Matta 8:17
Yol İsanı yorduğu üçün quyunun yanında oturdu.
Yəhya 4:6
İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
Yəhya 11:33
İsa ağladı.
Yəhya 11:35
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İbrani̇lərə 2:18
«Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı; Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
Zəbur 102:19–20
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
Əyyub 23:10
Ruhdan düşəndə hansı yolda olduğumu bildin.
Zəbur 142:3
Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
Zəkəri̇yyə 2:8
Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi.
Yeşaya 63:9
Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik.
Yəhya 9:4
Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
Süleymanin Məsəlləri̇ 13:4
Su verənə su verilər.
Süleymanin Məsəlləri̇ 11:25
Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
Yəhya 4:34–35
Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.
Matta 20:1–2
Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan.
2 Ti̇moteyə 4:2
Mən gələnədək bunlarla ticarət et.
Luka 19:13
Çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.
1 Kori̇nfli̇lərə 15:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax22 avq 2024
Romalilara 14:7–8 · 1 Kori̇nfli̇lərə 10:24
21 avq 2024
Zəbur 119:57 · 1 Kori̇nfli̇lərə 3:21
20 avq 2024
Saylar 23:19 · Yaqub 1:17
19 avq 2024
1 Peter 1:15 · 1 Saloni̇kli̇lərə 2:11–12
18 avq 2024
Qanunun Təkrari 3:24 · Zəbur 89:6
17 avq 2024
Yaqub 5:16 · Yaradiliş 18:27–28
