24 avq 2024
Gündəlik İşıq, 25 avqust: Yonulduğunuz qayaya (Yeşaya 51:1)
Gündəlik İşıq
Yonulduğunuz qayaya, Çıxarıldığınız çuxurun dərinliyinə baxın.
Yeşaya 51:1
Mən doğulandan bəri günahkaram.
Zəbur 51:5
Heç kəs sənə şəfqətlə baxmadı ... bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın. Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim.
Yezekel 16:5–6
O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi. Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim.
Zəbur 40:2–3
Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:6–8
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi.
Efesli̇lərə 2:4–5
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq.
Yeşaya 61:10
Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin! Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
Zəbur 34:1–3
Sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir. Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!
Zəbur 84:11–12
Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
Zəbur 103:1
Şadlanan varmı? Qoy ilahi oxusun.
Yaqub 5:13
Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Efesli̇lərə 5:18–20
Ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
Kolosseli̇lərə 3:16
Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar.
Həvari̇ləri̇n İşləri̇ 16:25
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
Fi̇li̇pi̇li̇lərə 4:4
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 avq 2024
Yeremya 31:3 · 2 Saloni̇kli̇lərə 2:13–14
22 avq 2024
Romalilara 14:7–8 · 1 Kori̇nfli̇lərə 10:24
21 avq 2024
Zəbur 119:57 · 1 Kori̇nfli̇lərə 3:21
20 avq 2024
Saylar 23:19 · Yaqub 1:17
19 avq 2024
1 Peter 1:15 · 1 Saloni̇kli̇lərə 2:11–12
18 avq 2024
Qanunun Təkrari 3:24 · Zəbur 89:6
