12 yan 2025
Gündəlik İşıq, 13 yanvar: O heç vaxt salehə sarsıntı verməz
Gündəlik İşıq
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən.
Yeşaya 26:3
Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.
Zəbur 55:22
Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!
Yeşaya 12:2
İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi.
Matta 8:26
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Fi̇li̇pi̇li̇lərə 4:6–7
Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.
Yeşaya 30:15
Salehliyin bəhrəsi əmin-amanlıq, Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.
Yeşaya 32:17
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
Yəhya 14:27
Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun!
Vəhy 1:4
Günəş batmazdan əvvəl qəzəbinizi soyudub.
Efesli̇lərə 4:26
Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın. ... Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
Matta 18:15, 21–22
Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın.
Mark 11:25
Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Kolosseli̇lərə 3:12–13
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!»
Luka 17:5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 yan 2025
Zəbur 65:1 · 1 Kori̇nfli̇lərə 8:6
10 yan 2025
1 Saloni̇kli̇lərə 5:23 · Efesli̇lərə 5:25
9 yan 2025
Zəbur 60:4 · Yeşaya 59:19
8 yan 2025
Zəbur 9:10 · Süleymanin Məsəlləri̇ 18:10
7 yan 2025
Nehemya 5:19 · Yeremya 2:2
6 yan 2025
Zəbur 90:17 · Yezekel 16:14
