Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram.
ƏYYUB 7:4
Gündəlik İşıq

Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram.
ƏYYUB 7:4
Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
YEŞAYA 21:11-12
Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək.
İBRANİLƏRƏ 10:37
Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir.
İKİNCİ ŞAMUEL 23:4
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
YƏHYA 14:2-3
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür.
YƏHYA 14:27-28
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
1 SALONİKLİLƏRƏ 5:5
Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq.
VƏHY 21:25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
11 yan 2025
Psalms 65:1
10 yan 2025
1 Thessalonians 5:23
9 yan 2025
Psalms 60:4
8 yan 2025
Psalms 9:10
7 yan 2025
Nehemiah 5:19
6 yan 2025
Psalms 90:17
5 yan 2025
Hebrews 4:3
Həvəsləndirmə
Xristianların müharibə və sıxıntı arasında belə İsa Məsihdə necə sülh və sevinc tapa biləcəyini kəşf edin…

Şagirdlik
İnsan Oğlu xidmət olunmağa deyil, xidmət etməyə və canını çoxları üçün fidyə verməyə gəldi. O məni o qədər…
Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…
Qurtuluş
İsa Məsih vasitəsilə Allahın cənnətə aparan əsl yolunu kəşf edin. Yaxşı əməllər sizi xilas etməyəcək; yalnız…
Namaz
Bulud dörd əsas insan ehtiyacı üçün dua etdi: ruhani anlayış, layiqli həyat, dözümlülük və minnətdar ruh.

Şagirdlik
İnsan Oğlu xidmət olunmağa deyil, xidmət etməyə və canını çoxları üçün fidyə verməyə gəldi. O məni o qədər…

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…

Qurtuluş
İsa Məsih vasitəsilə Allahın cənnətə aparan əsl yolunu kəşf edin. Yaxşı əməllər sizi xilas etməyəcək; yalnız…
Pasxa
İsa Məsihin fiziki dirilməsi Xristian imanının təməl daşıdır. Onsuz, bütün Xristian təbliğatı, imanı və ümidi…