Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
VƏHY 1:19
Gündəlik İşıq

Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
VƏHY 1:19
Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.
1 KORİNFLİLƏRƏ 2:9-10
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək.
YƏHYA 16:13
Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin.
VƏHY 1:7
Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq.
1 SALONİKLİLƏRƏ 4:13-14
Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq.
1 SALONİKLİLƏRƏ 4:16-17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
17 yan 2025
Isaiah 38:17
16 yan 2025
Colossians 1:19
15 yan 2025
Psalms 119:25
14 yan 2025
John 14:28
13 yan 2025
Isaiah 26:3
12 yan 2025
Jude 25
11 yan 2025
Psalms 65:1

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…
Yaradılış
Allahın Öz yaradılışı vasitəsilə izzətini, qüdrətini və hikmətini necə aşkar etdiyini anlamaq üçün Zəbur 19…
İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…
Evlilik
Nişanlanma və evlilik öncəsi məsləhətlər üzrə Müqəddəs Kitab rəhbərliyi ilə Allaha hörmət edən bir xristian…
Ailə
Ailəniz üçün möhkəm ruhani təməl qurmağı kəşf edin. Bu bələdçi Məsih mərkəzli bir ev üçün üç əsas tikinti…
İsa Məsih
Məsihin Böyük Çoban rolunu, möminlərə qayğısını və Zəbur 23-ün mənasını araşdırın. Onun sürüsünü necə…

Rapture
Rapture'ı, onun Müqəddəs Kitab əsasını və Məsihin qayıdışı ilə bağlı xristianların niyə fərqli fikirlərə…

Yaradılış
Allahın Öz yaradılışı vasitəsilə izzətini, qüdrətini və hikmətini necə aşkar etdiyini anlamaq üçün Zəbur 19…

İman
Həyat bir yarışdır, lakin qələbə dünyəvi uğurlarda tapılmır. Əbədi mükafatınızı qazanmaq üçün Süleymanın…