19 fev 2025
Gündəlik İşıq, 20 fevral: Sonra ehtiras boylu qalıb günah doğurur
Gündəlik İşıq
O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq.
Yeşaya 53:11
Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.
Yəhya 19:30
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
Yeşaya 43:21
Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin. Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu.
Efesli̇lərə 3:10–11
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:7
Xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Efesli̇lərə 1:13–14
Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
1 Peter 2:9
Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
İbrani̇lərə 3:8
Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir. Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. Sonra ehtiras boylu qalıb günah doğurur.
Yaqub 1:13–15
Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər.
Zəbur 106:14
İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün».
Luka 4:1–3
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İbrani̇lərə 2:18
Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim.
Luka 22:31–32
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 fev 2025
Yeremya 17:17 · Zəbur 4:6
17 fev 2025
Levi̇li̇lər 4:12 · Yəhya 19:16
16 fev 2025
Nəğmələr Nəğməsi̇ 1:3 · Efesli̇lərə 5:2
15 fev 2025
Süleymanin Məsəlləri̇ 20:9 · Zəbur 14:2–3
14 fev 2025
Matta 3:15 · Zəbur 40:8
13 fev 2025
Yezekel 1:26 · 1 Ti̇moteyə 2:5
