Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.
YARADILIŞ 5:3
Gündəlik İşıq

Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.
YARADILIŞ 5:3
Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim!
ƏYYUB 14:4
Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
ZƏBUR 51:5
Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.
EFESLİLƏRƏ 2:1
Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.
EFESLİLƏRƏ 2:3
Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam. Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm.
ROMALILARA 7:14-15
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
ROMALILARA 7:18
Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi.
ROMALILARA 5:12
Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
ROMALILARA 5:19
Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.
ROMALILARA 5:15
Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.
ROMALILARA 8:2
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 KORİNFLİLƏRƏ 15:57
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
17 fev 2025
Leviticus 4:12
16 fev 2025
Song of Solomon 1:3
15 fev 2025
Proverbs 20:9
14 fev 2025
Matthew 3:15
13 fev 2025
Ezekiel 1:26
12 fev 2025
Malachi 3:17
11 fev 2025
Malachi 3:16

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Müqəddəs Ruh
Müqəddəs Ruhla dolmağın Müqəddəs Kitabdakı mənasını araşdırın, onu daxili yaşayışdan, vəftizdən və ruhani…
Namaz
Uşaqlarınızın ruhani səyahətinə rəhbərlik etmək üçün 31 günlük dua nöqtələrini kəşf edin. Onların qurtuluşu…
İsa Məsih
İsa Məsih haqqında həqiqi həqiqəti araşdırın: Onun möcüzəvi doğulmasından və qədim peyğəmbərliklərdən tutmuş…
Günah
Müqəddəs Kitab aydınlaşdırır ki, Allah insanları günahkar təbiətlə yaratmayıb. Günah Adəm və Həvva vasitəsilə…

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Günah
Ürəyin və günahın onun ruhani xəstəliyi kimi Müqəddəs Kitab mənasını araşdırın. Allahın baxış bucağını…