18 iyn 2025
Gündəlik İşıq, 19 iyun: Yarım, tamamilə eyibsizsən
Gündəlik İşıq
Çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
İbrani̇lərə 12:14
Bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz.
Yəhya 3:3
Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək.
Vəhy 21:27
Yarım, tamamilə eyibsizsən.
Nəğmələr Nəğməsi̇ 4:7
Çünki Mən Allahınız Rəbb müqəddəsəm.
Levi̇li̇lər 19:2
İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm». Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.
1 Peter 1:14–17
Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Efesli̇lərə 4:22–24
Dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.
Efesli̇lərə 1:4
Zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan.
Vəhy 3:18
Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın.
Mark 10:29–30
Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin.
1 Peter 4:12
Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
1 Peter 1:6–7
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq.
1 Peter 5:10
Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim.
Yəhya 16:33
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax17 iyn 2025
Fi̇li̇pi̇li̇lərə 4:6 · Zəbur 116:1–2
16 iyn 2025
Efesli̇lərə 5:15–16 · Yeşua 22:5
15 iyn 2025
Qanunun Təkrari 29:29 · Zəbur 131:1–2
14 iyn 2025
Fi̇li̇pi̇li̇lərə 3:10 · 1 Peter 4:13
13 iyn 2025
Yəhya 15:4 · Qalati̇yalilara 2:20
12 iyn 2025
Saylar 31:23 · Qanunun Təkrari 13:3
