Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
FİLİPİLİLƏRƏ 4:6
Gündəlik İşıq
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
FİLİPİLİLƏRƏ 4:6
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
ZƏBUR 116:1-2
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.
MATTA 6:7
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
ROMALILARA 8:26
Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
1 TİMOTEYƏ 2:8
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
EFESLİLƏRƏ 6:18
Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək.
MATTA 18:19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
16 iyn 2025
Ephesians 5:15-16
15 iyn 2025
Deuteronomy 29:29
14 iyn 2025
Philippians 3:10
13 iyn 2025
John 15:4
12 iyn 2025
Numbers 31:23
11 iyn 2025
Luke 15:20
10 iyn 2025
Luke 15:13