Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
EFESLİLƏRƏ 5:15-16
Gündəlik İşıq
Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
EFESLİLƏRƏ 5:15-16
Ancaq Rəbbin qulu Musanın sizə buyurduğu əmrə və qanuna əməl etməyə səylə çalışın. Allahınız Rəbbi sevin, tamamilə Allahın göstərdiyi yolla gedin və əmrlərinə əməl edin, Ona bağlanın, bütün qəlbinizlə, bütün varlığınızla yalnız Ona qulluq edin».
YEŞUA 22:5
Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.
KOLOSSELİLƏRƏ 4:5-6
Hər cür şərdən uzaq durun.
1 SALONİKLİLƏRƏ 5:22
Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!”
MATTA 25:5-6
Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
MATTA 25:13
Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz.
2 PETER 1:10
Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək.
LUKA 12:37
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
15 iyn 2025
Deuteronomy 29:29
14 iyn 2025
Philippians 3:10
13 iyn 2025
John 15:4
12 iyn 2025
Numbers 31:23
11 iyn 2025
Luke 15:20
10 iyn 2025
Luke 15:13
9 iyn 2025
John 7:46