Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
SÜLEYMANIN MƏSƏLLƏRİ 20:9
Gündəlik İşıq
Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
SÜLEYMANIN MƏSƏLLƏRİ 20:9
Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı? Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
ZƏBUR 14:2-3
Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
ROMALILARA 8:8
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
ROMALILARA 7:18-19
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
YEŞAYA 64:6
Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
QALATİYALILARA 3:22
Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
2 KORİNFLİLƏRƏ 5:19
Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 YƏHYA 1:8-9
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
14 fev 2026
Matthew 3:15
13 fev 2026
Ezekiel 1:26
12 fev 2026
Malachi 3:17
11 fev 2026
Malachi 3:16
10 fev 2026
Luke 11:34
9 fev 2026
Luke 16:25
8 fev 2026
John 15:15