İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.
MATTA 3:15
Gündəlik İşıq
İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.
MATTA 3:15
Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
ZƏBUR 40:8
Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq.
MATTA 5:17-18
Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
YEŞAYA 42:21
Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
MATTA 5:20
Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin.
ROMALILARA 8:3-4
Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
ROMALILARA 10:4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 fev 2026
Ezekiel 1:26
12 fev 2026
Malachi 3:17
11 fev 2026
Malachi 3:16
10 fev 2026
Luke 11:34
9 fev 2026
Luke 16:25
8 fev 2026
John 15:15
7 fev 2026
Deuteronomy 8:10-11