Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
YARADILIŞ 2:9
Gündəlik İşıq
Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
YARADILIŞ 2:9
Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.
1 YƏHYA 5:11
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
YƏHYA 3:16
Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir.
YƏHYA 5:21
Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
YƏHYA 5:26
Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
VƏHY 2:7
və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür.
VƏHY 22:2
Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:13
Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:16
Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
SÜLEYMANIN MƏSƏLLƏRİ 3:18
Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
1 KORİNFLİLƏRƏ 1:30
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
27 avq 2026
Psalms 119:105
26 avq 2026
Exodus 28:36
25 avq 2026
Isaiah 51:1
24 avq 2026
Exodus 3:7
23 avq 2026
Jeremiah 31:3
22 avq 2026
Romans 14:7-8
21 avq 2026
Psalms 119:57