Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
2 Kori̇nfli̇lərə 5:19
Gündəlik İşıq
Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
2 Kori̇nfli̇lərə 5:19
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.
Kolosseli̇lərə 1:19–20
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Zəbur 85:10
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:11
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.
Mi̇keya 7:18
Allahla barışıb dost olsan, Xeyir taparsan.
Əyyub 22:21
Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:12–13
Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
Yeşaya 26:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
11 okt 2026
Zəbur 22:11
10 okt 2026
Efesli̇lərə 3:15
9 okt 2026
Nehemya 9:17
8 okt 2026
İbrani̇lərə 13:6
7 okt 2026
Zəbur 25:9
6 okt 2026
Vəhy 19:6
5 okt 2026
Zəbur 50:15

Milad
Bu Milad şeiri İsanın Beytlehemdə doğularkən yer olmamasına və bu gün də bir çoxlarının Onu rədd etməsinə…

İsa Məsih
Məsihin təsəlliverici varlığının, O yoxmuş kimi görünsə belə, həyatın xaosu içində necə sülh gətirdiyini kəşf…

Allahın Krallığı
Allahın Krallığının yer üzü səltənətlərindən fərqli təbiətini, onun ruhani reallığını və möminlərin indi onun…

Qurtuluş
Kiçik bir qız ölən anasına xilas tapmaqda kömək etmək üçün bir vaiz axtarır. Həm qadın, həm də vaiz İsanın…

Musa
Musanın çağırışı təbliğ mövzusu ilə əlaqədar bəzi çox maraqlı dərslər təqdim edir. Bu, üç əlamətlə müşayiət…

Təvazökarlıq
Farisey özünə təsir etdi, lakin təvazökar vergi yığan Allaha təsir etdi. Niyə özünəhaqq qazandırmağın deyil…