12 okt 2026
Gündəlik İşıq, 13 oktyabr: Buna görə də Allaha tabe olun
Gündəlik İşıq
Dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldığın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim.
Dani̇el 10:12
Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.
Yeşaya 57:15
Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
Zəbur 51:17
Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar.
Zəbur 138:6
Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər. Buna görə də Allaha tabe olun.
Yaqub 4:6–7
Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur. Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as. Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən.
Zəbur 86:5–7
Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
Matta 6:10
Rəbbin iradəsini dərk edin.
Efesli̇lərə 5:17
Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.
Matta 18:14
Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir.
1 Saloni̇kli̇lərə 4:3
Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır.
1 Peter 4:2
O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq. Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən.
Yaqub 1:18, 21
Müqəddəs olun, çünki Mən müqəddəsəm.
1 Peter 1:16
Mənim anam və qardaşlarım bunlardır. Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur.
Mark 3:34–35
Bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub.
Matta 7:24–25
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
1 Yəhya 2:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 okt 2026
Zəbur 22:11 · Zəbur 13:1–2
10 okt 2026
Efesli̇lərə 3:15 · Efesli̇lərə 4:6
9 okt 2026
Nehemya 9:17 · 2 Peter 3:9
8 okt 2026
İbrani̇lərə 13:6 · Romalilara 8:35
7 okt 2026
Zəbur 25:9 · Matta 5:5
6 okt 2026
Vəhy 19:6 · Əyyub 42:2
