Gündəlik çörəyimizi bizə bu gün ver.
Matta 6:11
Gündəlik İşıq
Gündəlik çörəyimizi bizə bu gün ver.
Matta 6:11
Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
Zəbur 37:25
Yüksəkliklərdə yaşayacaq, Təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq.
Yeşaya 33:16
Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.
Bi̇ri̇nci̇ Padşahlar 17:6
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
İbrani̇lərə 13:5
Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar.
Qanunun Təkrari 8:3
Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
Yəhya 6:32–34
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
13 okt 2026
Dani̇el 10:12
12 okt 2026
2 Kori̇nfli̇lərə 5:19
11 okt 2026
Zəbur 22:11
10 okt 2026
Efesli̇lərə 3:15
9 okt 2026
Nehemya 9:17
8 okt 2026
İbrani̇lərə 13:6
7 okt 2026
Zəbur 25:9

Günah
Şəhvətin nə olduğunu və mənəvi yetkinlik və Allahın iradəsinə diqqət yetirməklə onu necə aşmağı başa düşün.

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Müqəddəs Kitab Öyrənməsi
Müqəddəs Kitabın özünü ruhani qida, yol göstərən işıq və təmizləyici güzgü kimi metaforalarla necə təsvir…

Dirilmə
Yalnız Xristianlıq dirilmiş Xilaskar ilə münasibətə əsaslanır. Luka Həvarilərin İşləri 1:1-3-də qeyd…

Lütf
Rut kitabı Allahın ehtiyacı olanlara çatan lütfünü təsvir edir və Məsih ilə Onun xalqı arasında inkişaf edən…

Dünyəvilik
Padşah Süleyman xoşbəxtliyi qadınlar, xəzinə və güc kimi dünyəvi 'köpüklərdə' axtardı və yalnız boşluq tapdı.