3 «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim.
9 Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm. 10 Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim.
1 Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib 2 ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. 3 Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. 4 Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» 5 Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. 6 Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». 7 Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. 8 Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 9 Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi.
10 Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» 11 Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12 O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 13 Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 14 Burada Sənin adını çəkənlərin hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 15 Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 16 Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 17 Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 18 O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. 19 Sonra yemək yeyib taqətə gəldi.
Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 20 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 21 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 22 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23 Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 24 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 25 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 27 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 28 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi.
Saul müasir Türkiyədəki Tarsus şəhərində anadan olmuşdu. O, Benyamin qəbiləsinə mənsub idi və yunan dilində Saulos, ibrani dilində isə Shaoul adlandırılmışdı, mənası arzu olunan deməkdir. İsrailin ilk kralının da adı eyni idi və o da eyni qəbilədən idi.
Saulun doğma şəhəri TarsusRoma İmperiyasının bir hissəsi idi və orada məşhur bir universitet var idi. Roma qanunlarına görə, onların ərazisində doğulan hər kəs irqindən asılı olmayaraq Roma vətəndaşı olurdu. Saulun valideynləri oğullarına imperiyanın dilinə uyğun olaraq Paulos adını verdilər. O, dindar bir yəhudi kimi böyüdü, ibrani dilində və Müqəddəs Yazılarda təlim keçdi (Fil. 3). Daha sonra Saul Yerusəlimdə məşhur ravvin Qamaliyel tərəfindən əlavə təlim aldı (Həvarilərin İşləri 22:3). Yəhudi xalqının əksəriyyəti Nazaretli İsanı rədd etdi, Saul da həmçinin. O, Nazaretli İsanın ardıcılları olan yəhudilərə qarşı həddindən artıq nifrət inkişaf etdirdi.
Allah, İsanın özü Dəməşqə gedən yolda, şəhərin yaxınlığında Saula göründüyü zaman müdaxilə etdi (Həvarilərin İşləri 9:1–28). Bu görüş Saulu əbədi olaraq dəyişdirdi və onu Məsihin sadiq xidmətçisi olmağa hazırladı. Pavel bir çox qəsəbə və şəhərləri ziyarət etdi və bir çoxları onun mesajını qəbul etdi və Allahın onlarda etdiyi iş vasitəsilə Allahın Sözünə inandı. Allah Pavelin ziyarət etdiyi yerlərdə qalib gəldi və yığıncaqlar yaradıldı. Ona həmd olsun!