Yəhudilərin nifrəti Rəbb İsaya Öz izzətlərini daha da aşkar etmək imkanı verir:1) Dünyanın günahını aradan qaldırmaqda sevgi işi (17-ci ayə; Yəhya 1:29). Öz yaratdığının xarab olması ilə qarşılaşan Oğul, Ata kimi, dincələ bilməzdi.2) Atanın bu Oğula sonsuz məhəbbəti, Onunla bütün məsləhətlərini bölüşür (20-ci ayə; Yəhya 3:35).
3) Ondakı həyat gücü (21, 26-cı ayələr) ki, bununla da Ona iman edənlərə indi əbədi həyat verir (24-cü ayə). O, bu gücü gələcək bir gündə, ölüləri diriltdikdə icra edəcək (28, 29-cu ayələr).
4) İnsan Oğlu kimi xarakterində Ona verilmiş hökm (22, 27-ci ayələr).5) Nəhayət, 19, 30-cu ayələrdə Onun itaəti! Hər bir məxluqdan itaət etmək hüququna malik olan Kəs tərəfindən tətbiq edildikdə nə qədər dəyər qazanır (23-cü ayə).Əgər Rəbb Öz izzətlərindən danışırsa, bu, onların Atasının izzətləri ilə ayrılmaz şəkildə bağlı olmasıdır. Oğulu şərəfləndirməmək Onu göndərənə qarşı bir təhqirdir (23-cü ayə; 1 Yəhya 2:23-ə baxın).
Əziz dostlar, Xilaskarımızın bütün mükəmməlliyi qarşısında biz də heyrətlənək (20-ci ayənin sonu) və Ona pərəstiş edək.