İsraildə biçin vaxtı tarlaların küncləri gəlib orada sünbül yığacaq kasıb insanlara və yadellilərə saxlanılmalı idi (Levililər 19:9; Levililər 23:22). Nəticədə, kasıb yadelli Rut, bu lütf təminatından faydalanmaq üçün ikiqat haqq qazanır.
Sünbül yığmaq bizə Rəbbin verdiyi ilə ruhlarımızın qidalanması üçün etməli olduğumuz hərəkətdən bəhs edir. Və çox vaxt Allahın qulluqçularının köməyi ilə bu düşüncələrə daha dərindən daxil ola bilərik. Bu, bizdən bir qədər səy tələb edəcək, lakin Rəbb, həqiqi Boaz, bizə «yaxşı ölçü, basılmış, silkələnmiş» (Luka 6:38) verməkdə gecikməyəcək. Rut yığdığını döyür və evə aparır. Gəlin Rəbbin Öz Kəlamında bizə verdiyi gözəl şeyləri evdə başqaları ilə paylaşaq.
Biz Rutun Naomi-yə olan sədaqətini qeyd etdik. İndi isə onun qayınanasına itaətinə diqqət yetirək. Gənc qadınlar, Rut sizə nə gözəl nümunə verir. O, Naomi-nin ondan istədiyi hər şeyi edir və Naomi də öz növbəsində Rutun istirahəti və xoşbəxtliyi haqqında düşünür (3:1). Bu istirahət və xoşbəxtlik Boazın ayaqları altında tapılmayacaqsa, harada tapılacaq? Boaz özündən daha böyük birinin tipidir. Nə qədər insan İsa-ya yorğun və yüklü gəlib və ruhları üçün istirahət tapıb! (Matta 11:28-29).