Səmavi çağırış 3:1 —Rəbb İsa Həvari və Baş Kahin kimi təsvir edilir. Həvari kimi, O, Allahdan yer üzündə insana gəlir; Baş Kahin kimi, O, insandan göydə Allaha gedir. O, göydən gəldi və göyə getdi, bizi də Özü ilə oraya çağırdı.
Səmavi hədiyyə 6:4 —Bu hissə apostasiyaya – dindən dönməyə qarşı ciddi bir xəbərdarlıqdır. Onlar «səmavi hədiyyədən,» Müqəddəs Ruhun hədiyyəsindən «dadmışdılar.» Onlar Onun möcüzələrini və gücünü yaşamışdılar, lakin bu, zəmanət deyil (müq. Yəhya 2:23–25). Yəhuda möcüzələr etdi, lakin imansız, dindən dönən idi – o, dindən döndü. Lakin Məktubun yazıçısı dinləyiciləri haqqında daha yaxşı şeylərə, qurtuluşla bağlı şeylərə əmin idi (İbranilər 6:9).
Səmavi şeylər 8:5 —Qanundakı şeylər yalnız «səmavi şeylərin kölgəsi» idi. Çöldəki çadır və qurbanlar «göylərdəki şeylərin rəmzi təsvirləri» idi (9:23). İbranilər kitabında Məsihin Əhdi-Ətiq üzərində üstünlüyünə və ali olmasına vurğu edilir, köhnələn və keçib gedən bir yerüstü sistem (8:13). Bizim «göylərdəki əzəmət taxtında» oturan bir Baş Kahinimiz var (8:1)!
Səmavi ölkə 11:16 —Əhdi-Ətiq dövrünün layiqli insanları burada bir ölkə axtarmırdılar; onlar burada yad və qərib idilər, bu da onların daha yaxşı, səmavi bir ölkə axtardıqlarının bir şahidi idi. Hansı ölkə bizim üçün vacibdir? Hansını axtarırıq və hansı üçün yaşayırıq?
Səmavi Yerusəlim 12:22 —İbrahim «təməlləri olan bir şəhər» axtarırdı (11:10); bizim «daimi şəhərimiz» yoxdur, lakin «gələcək olanı» axtarırıq (13:14). Səmavi Yerusəlim bizim ümidimizdir, yer üzündə bir şəhər və ya səltənət deyil!