Sadiq qalıqlar RƏBBİN əvvəllər Öz xalqına bəxş etdiyi «böyük yaxşılığı» xatırladılar (İşaya 63:7). Sevgisinin belə bir sübutunu verdikdən sonra, indi onları tərk edə bilərdimi? Buna görə də onlar Ataları olan bu hər cür kömək Allahının ürəyinə müraciət edirlər. «Göydən aşağı bax...» Lakin bu onlar üçün kifayət deyil. «Kaş ki, göyləri parçalayıb enəydin...» deyə qışqırırlar. Məsih bir dəfə bizi xilas etmək üçün bunu etdi, lakin O, sınaq altında olan Öz xalqını xilas etmək, düşmənlərini məhv etmək üçün yenidən enəcək (Zəbur 18:19; Zəbur 144:5).
6-cı ayə «bütün salehliklərimizi» «çirkli əskilərə» bənzədir. Günahlarımızın belə olduğunu başa düşə bilərik, bəs salehliklərimiz? Lakin həqiqətdə belədir! Dönüşümüzdən əvvəl etdiyimiz hər hansı yaxşı və ya saleh əməllər, səfalətimizi gizlətmək əvəzinə yalnız təsdiqləyən əskilər kimidir. Lakin Rəbb bu çirkli əskiləri qurtuluş geyimləri və salehlik cübbəsi ilə əvəz edir (İşaya 61:10; Zəkəriyyə 3:1-5).
Dulusçunun çarxında gil kimi formalaşdırılmış (8-ci ayə), yaradıldığımız tozdan heç bir dəyərli şey yarada bilmərik (Zəbur 100:3). Bizdən «şərəfli bir qab» (2 Timoteyə 2:21) yaratmaq vəzifəsinə özünü həsr edən ilahi Sənətkarın işi tək başına dəyərlidir.