Lukanın Müjdəsi, belə demək olarsa, Rəbb İsanı bizə ən yaxın gətirən Müjdədir. O, Rəbbi xüsusilə Onun kamil insanlığında heyranlıqla seyr etməyimizə imkan verir. Allah bu vəhyi bizə çatdırmaq üçün sevimli həkim və Paulun sona qədər sadiq yoldaşı Lukanı (Koloslulara 4:14; 2 Timoteyə 4:11) seçdi. Bu, Feofilə (Allahın dostu) bir hekayə şəklində təqdim olunur.
Mövzu müjdəçini Rəbb İsanın bizim insanlığımızı necə öz üzərinə götürdüyünü və bu dünyaya necə gəldiyini xüsusi diqqətlə təsvir etməyə vadar edir. O, həqiqətən də bura yetkin bir insan kimi gələ bilərdi. Lakin O, doğuşdan ölümə qədər tamamilə bizim kimi yaşamaq, bunu edərkən Allahı şərəfləndirmək istədi.
Hekayə bizə Zəkəriyyəni, dindar bir kahini, məbəddə öz vəzifələrini yerinə yetirərkən göstərməklə başlayır. Bu müqəddəs yerdə xidmət edərkən, artıq tək olmadığını başa düşəndə qəfildən qorxu onu bürüyür. Bir mələk buxur qurbangahının yanında dayanır, ilahi bir mesajın daşıyıcısıdır: Zəkəriyyə və Yelizavetaya bir oğul veriləcək. O, doğuşdan Allaha həsr olunacaq və İsraili Məsihin gəlişinə hazırlamaqdan məsul olan böyük bir peyğəmbər olacaq (bax. 17-ci ayə; Malaki 4:5-6).