2 Çoxlu gözəl iman etiraflarına baxmayaraq, Yerusəlimdə doğru olanı edən, həqiqəti axtaran birini tapmaq çətin idi (ayə 1; Hezekiel 22:30). Rəhmli Allah, əgər yalnız bir saleh adam tapılsaydı, günahkar şəhəri bağışlamağa hazır olardı (ayə 1; müq. Yaradılış 18:23 . . .). Təəssüf ki, Allaha bu qədər xoş gələn bu sədaqət nə adi xalq arasında, nə də daha yaxşı təlim görmüş və buna görə də daha məsuliyyətli olan zadəganlar arasında tapılmadı (müq. Zəbur 62:9). Fəslin sonu bunu göstərir, Yeremyanın bütün hekayəsi də. «Bunlar kasıbdırlar; onlar ağılsızdırlar» (ayə 4). Bu, bu gün də çoxlu insanın laqeyd şəkildə məhvə getməsi haqqında da deyilə bilər.
RƏBB Öz xalqını boş yerə cəzalandırdı. «Kədərlənmədilər . . . düzəliş qəbul etməkdən imtina etdilər . . . qayıtmaqdan imtina etdilər» (ayə 3; Sefanya 3:2). Xəstə pasiyent əziyyət çəkmədiyini bəhanə edərək dərmanını qəbul etməkdən imtina edəndə həkim nə edə bilər? Qoy biz heç vaxt bu zəruri düzəlişdən yayınmayaq. Qoy vicdanımızı Rəbbin bizə demək istədiyi şeylərə qarşı çox həssas saxlayaq; əks halda «sonda nə edəcəksiniz?» deyə peyğəmbər soruşur (ayə 31).