Bir sual kainatı gərginlikdə saxlayır: «Kitabı açmağa və onun möhürlərini qırmağa kim layiqdir?» Başqa sözlə, hökmü kim icra edəcək? Bunu yalnız bir Şəxs edə bilər: günahsız olan (müq. Yəhya 8:7), Öz mükəmməlliyi ilə Şeytanı və dünyanı məğlub edən. Məsih, Yaradılış 49:9-da artıq qeyd edilmiş «Yəhuda qəbiləsindən olan Şir»dir. Lakin dərhal sonra, O, «kəsilmiş kimi» bir Quzu olaraq görünür. Düşməni məğlub etmək və göyü xoşbəxt və minnətdar varlıqların izdihamı ilə doldurmaq üçün Rəbb İsanın çarmıxı zəruri idi. Bütün müqəddəslərin ürəklərinə Onun qurbanı ən təsirli şəkildə xatırladılır. Hər şeyin güc və əzəmətdən bəhs etdiyi göydə, əziz Xilaskarımızın alçaldılmasının daimi xatırlanması ən kəskin təzadı təmin edəcəkdir. Onun təvazökarlığı, mülayimliyi, itaətkarlığı, səbri . . . Rəbb İsanın burada göstərdiyi bütün bu əxlaqi mükəmməlliklər daimi olaraq görünəcək, bizə əbədi olaraq Onun sevgisinin dərinliklərindən bəhs edəcəkdir.
Sonra, şöhrətlənmiş müqəddəslərin qaldırdığı yeni nəğməyə cavab olaraq, yaradılışın bütün sahələri bir səslə əks-səda verəcək: «Kəsilmiş Quzu güc, sərvət, hikmət, qüvvət, şərəf, izzət və bərəkət almağa layiqdir» (12-ci ayə).
